RU

Qətər ABŞ və Venesuela arasında vasitəçi olmağa hazırdır

Bakı. Trend:

Doha ABŞ və Venesuela arasındakı böhranın həllində vasitəçirolunu oynamağa hazırdır.

Trend xəbər verirki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri ŞeyxMəhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Nyu-Yorkda XariciƏlaqələr Şurasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Qətər hələ bu istiqamətdə konkret addımatmayıb:
"Venesuela ilə bağlı səylərimiz keçmiş ABŞ prezidenti Co Baydendövründə qarşılıqlı fəaliyyətə başlayıb və bir neçə amerikalıvətəndaşın azad olunmasına səbəb olub. Hazırda ABŞ prezidentiDonald Trampın gəlişi ilə əlaqələri bərpa etmişik. Əgər ABŞmaraqlıdırsa, biz vasitəçi kimi çıxış etməyə və danışıqlarprosesini təşkil etməyə hazırıq. Lakin indiyə qədər konkret vəəhəmiyyətli heç nə baş verməyib", – deyə o bildirib.

Qeyd edək ki, "New York Times" Qətərin Vaşinqton və Karakasarasındakı münasibətlərdəki böhranın həllində vasitəçilik etməkniyyətində olduğunu xəbər vermişdi. Mənbələrə görə, Venesuelahakimiyyəti Qətərin səylərini dəstəkləyir, lakin ABŞadministrasiyası diplomatiyadan çox hərbi vasitələrləmaraqlanır.

Избранный
39
az.trend.az

1Источники