RU

Premyer Liqada 19 yaşlı futbolçunun körpücük sümüyü qırıldı

“Vest Hem”in cinah müdafiəçisi Olli Skarlz “Lids”ə qarşı keçirilən Premyer Liqanın 9-cu tur matçında körpücük sümüyünü qırıb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu artıq əməliyyat olunub və onun ən tez dekabrda meydana qayıdacağı gözlənilir.

Qeyd edək ki, ilk hissənin ortalarında Skarlz hava mübarizəsindən sonra uğursuz yerə düşərək oyunu davam etdirə bilməyib və onun əvəzinə Uilson meydana çıxıb.

Избранный
35
publika.az

1Источники