RU

“Bəzən özümüz səhv edirik, bəzən də… Alışıb-yanırıq”

“Fikrimcə, bu şəkildə davam etməklə seçmə mərhələni uğurlu göstərici ilə başa vurmaq olar”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında U-21 millisinin müdafiəçisi Emin Rüstəmov deyib.

Avro-2025-in seçmə mərhələsində 4 turdan sonra yığmamızın aktivində 2 xal var. Bu gedişlə qrupu 3-4-cü pillələrdə başa vurmaq olarmı?

I Liqada “Səbail”in şərəfini qoruyan mərkəz oyunçusunu dinləyək:

“Qarşıda altı oyunumuz var. Hər matça 3 xal üçün çıxırıq.

Rəqibin kimliyindən asılı olmayaraq, məğlubiyyət barədə qətiyyən düşünmürük. Sadəcə, bəzən özümüz səhv edirik.

Bəzən bizdən asılı olmayan səbəblər nəticəyə təsir edir. İlk qələbəni qazanmaq üçün alışıb-yanırıq”.

Избранный
27
sportinfo.az

1Источники