“Yuventus”un nümayəndəsi Corcio Kyellini klubun baş məşqçi postuna mümkün təyinat barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, “DAZN” Kyellinin dediklərini belə çatdırıb.
“Mən hesab edirəm ki, Spalettini mükəmməl, təcrübəli məşqçidir və onun oyun fəlsəfəsi müasir standartlara uyğundur. Belə bir məşqçi barədə yeni nəsə demək çətindir. Hazırda isə aramızda heç bir müqavilə imzalanmayıb.”
Əvvəlcə tərəflərin mövsümün sonuna qədər əmək müqaviləsinin şərtlərini razılaşdırdığı bildirilib.
Hazırda “Yuventus” İtaliya çempionatının 9-cu turunda “Udineze” ilə qarşılaşır və turinlilər 2:1 hesabı ilə önə çıxıb.
 
                        