GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Qərbi Avropa ölkələri Rusiya ilə hərbi münaqişəyə hazırlaşarkən “müharibə psixozu atmosferindən həzz alırlar”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko RBC-yə açıqlamasında səsləndirib.
Qruşko bu sözləri Belçika müdafiə naziri Teo Frankenin “Moskvanı xəritədən silmək” barədə bəyanatına münasibət bildirərkən deyib:
“Belçika müdafiə nazirinin bu bəyanatını sırf ritorika kimi qiymətləndirmək olar. Belçikanın Moskvanı xəritədən necə silməyi planlaşdırdığı ilə bağlı sual ona ünvanlanmalıdır, lakin bu barədə ciddi şərh vermək mümkün deyil”.
Diplomatın sözlərinə görə, Avropada bəzi siyasətçilər real təhlükələri deyil, öz daxili auditoriyalarını qızışdırmağı hədəfləyirlər.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.
 
                        