RU

Masallıda Nadir Ağayevin xatirə turnirinə yekun vuruldu

Masallıda Nadir Ağayevin xatirə turnirinə yekun vuruldu

 

Masallı Olimpiya İdman Kompleksində SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə XXIX ənənəvi respublika turnirinə yekun vurulub. 
İki gün (28-29 oktyabr) davam edən yarışlarda 2009-2011-ci il təvəllüdlü (U-17) yunan-romaçılar 10 çəki dərəcəsində mübarizə aparıblar. Dünya Güləş Birliyinin təsdiq etdiyi qaydalar əsasında AGF-nin hakimlər heyəti tərəfindən idarə olunan yarışlarda respublikanın müxtəlif rayon və şəhərlərindən olan 22 komandanın tərkibində 200 idmançı qüvvəsini sınayıb.
Qaliblər təşkilat komitəsi və sponsorlar tərəfindən diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Turnirin yekun nəticələrinə əsasən komanda hesabında Lənkəran komandası birinci, Bakının “Lokomotiv” və “Gimnaziya” təmsilçiləri isə müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Nadir Ağayevin şərəfli idman yolunun təbliği, yeniyetmələr arasında yunan-Roma güləşinin inkişafı və kütləviliyinin artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də yeniyetmələrdən ibarət yığma komanda üçün perspektivli idmançıların seçilməsidir.

 

Akif AĞAYEV
 

Избранный
23
qht.az

1Источники