Ajans.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Qrossi "Associated Press" agentliyinə bildirib. O bildirib ki, müfəttişlərin obyektlərə çıxışı olmamasına baxmayaraq, peyk müşahidələri iyunda İsraillə 12 günlük müharibədən əvvəl olduğu kimi, normadan artıq sürətlənmiş uran hasilatının olmadığını göstərir: "Zənginləşdirilmiş uranın 60%-ə qədəri İranda qalır. Ona görə də biz ora qayıtmalı və materialın yerində olduğunu və başqa məqsədlər üçün istifadə edilmədiyini təsdiq etməliyik. Bu, çox vacibdir", - Qrossi qeyd edib. O əlavə edib ki, müfəttişlər materialın saxlandığı obyektlərin ətrafında aktivliyi müşahidə ediblər. Əlavə giriş olmadan BAEA məhdud məlumat verən peyk görüntülərinə etibar etməlidir.