RU

BMT Baş katibi Braziliya hakimiyyətini araşdırma aparmağa çağırıb

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Rio-de-Janeyrodahüquq-mühafizə orqanlarının yerli narkotik dəstələrinə qarşıkeçirdiyi əməliyyat zamanı çoxsaylı insan tələfatı vəyaralanmalardan ciddi narahatlığını ifadə edib və Braziliyahakimiyyətini hadisəni araşdırmağa çağırıb.

Trend xəbər verirki, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsiStefan Düjarrik brifinqdə məlumat verib.

Qeyd edək ki, Rio-de-Janeyro ştatının hakimiyyət orqanlarıəməliyyat nəticəsində 132 nəfərin həlak olduğunu təsdiqləyib.

“Baş katib polis əməliyyatlarında güc tətbiqinin beynəlxalqhüquq və standartlara uyğun olmasının vacibliyini vurğulayıb vəhadisə ilə bağlı dərhal araşdırma aparılmasına çağırıb”, – Düjarrikbildirib.

O əlavə edib ki, mövcud məlumata əsasən, Braziliyadakı bütün BMTəməkdaşları təhlükəsizlikdədir.

Избранный
37
az.trend.az

1Источники