RU

“Proqram vasitəsilə yoxlayanda adının dələduz yazıldığını gördü” - TƏFƏRRÜATLARVİDEO

Lotereya oynayan şəxslər dələduzluğun qurbanı oldular..

''Xəzər Xəbər''ə müraciət edən vətəndaşlar belə iddia edir. Onlar deyir ki, həmin qadın sosial platformalarda onlara yazaraq lotereya oynadığını və ikinci yerin boş olduğunu  bildirib. Hər birinə isə müxtəlif məbləğlər deyib.

Hətta, Şəbnəm adlı qadın başqa başqa adamlara eyni vaxtda vəsaiti verəcəyini deyib.

Daha sonra qadınlardan biri proqram vasitəsilə Şəbnəmin nömrəsində adının necə qeyd edildiyinə baxmaq istəyəndə görüb ki, hərkəs onu dələduz olaraq qeyd edib.

Xanımlardan biri nömrəsini ora qoyduqdan sonra digər qadınlar da ona yazıb və bildiriblər ki, eyni hadisə onların da başına gəlib.

Zərərçəkmişlərin bəziləri polisə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı vətəndaşların müraciəti əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, müvafiq sorğular göndərilib. Araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Избранный
61
1
xezerxeber.az

2Источники