RU

Bakıda yeniyetmə və gənc paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib

Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının əməkdaşlığı çərçivəsində yeniyetmə və gənc paracüdoçularımızın olimpiyaçılarımızla birlikdə məşqləri start götürüb.

Bu barədə 90deqiqe.Az-a MPK-nın mətbuat xidmətindən məlumat verilib.

Məşqlərdə Azərbaycanın olimpiya çempionları Hidayət Heydərov ilə Zelim Kotsoyev də iştirak edib.

Məşqlərin keçirilməsində məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.

Избранный
7
2
90deqiqe.az

3Источники