RU

Dönmə işığını yandırmayan sürücü arxadan gələni əsəbiləşdirdi VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Bakıda manevr qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 10-da, paytaxtın Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, 99-RP-271 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüsü parklanma yerinə girən zaman dönmə işığından istifadə etməyib. Görüntünü qeydə alan sürücü onun nə edəcəyini bilmədiyi üçün sürəti azaltmalı olub. Daha sonra parklanma yerinə girdiyini görən zaman əsəbiləşərək səs siqnalı ilə narazılığını bildirib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü 40 manat məbləğində cərimə oluna bilər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
avtosfer.az

1Источники