RU

Neftin orta qiyməti 73 dolları ötüb

Bu ilin yanvar-avqust aylarında "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 73,1 ABŞ dolları təşkil edib.

Missiya.Az xəbər verir ki, bu, Azərbaycanın cari il üçün dövlət büdcəsində nəzərdə tutulan göstəricidən (1 barel 70 ABŞ dolları) 4,4 % çoxdur.

Cari ildə "Azeri Light" markalı neftin ən yüksək qiyməti yanvarda (bir barel üçün 81,3 ABŞ dolları), ən aşağı qiyməti isə mayda (66,3 ABŞ dolları) qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ildə "Azeri Light" markalı neftin bir barelinin orta ixrac qiyməti təxminən 84 ABŞ dolları təşkil edib.

Azərbaycan hökuməti 2026-cı il üçün "Azeri Light" markalı neftin bir barelinin orta ixrac qiymətini 65 ABŞ dolları səviyyəsində götürür.

Избранный
25
3
missiya.az

4Источники