Azərbaycan taekvandoçusu Qaşım Maqomedov Çinin Uşi şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, o, əvvəlcə hindistanlı Abdul Vahid üzərində 2:1 hesablı qalibiyyət əldə edib.
Daha sonra özbəkistanlı Omonjon Otajonovu, serbiyalı Lev Korneyevi və türkiyəli Yusuf Bademi üstələyərək bürünc medala sahib çıxıb.
"Cebheinfo.az"
 
                        