Bakı, 29 oktyabr, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyi təsdiqləyib ki, ÇXR Sədri Si Cinpin cümə axşamı Cənubi Koreyada ABŞ Prezidenti Donald Trampla görüşəcək.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, nazirliyin bildirdiyinə görə, görüşün ABŞ ilə Çin arasında münasibətlərin dayanıqlı inkişafına təkan verəcəyi gözlənilir.
ABŞ liderinin sözlərinə görə, o, ÇXR Sədri ilə Çinin Rusiya neftinin idxalını azaltması məsələsini müzakirə etməyi planlaşdırır. Bundan əlavə, ABŞ Prezidentinin sözlərinə görə, görüşdə Ukraynada münaqişənin həlli məsələsi də qaldırılacaq.