"Tottenhem"in hücumçusu Rişarlison karyerasını vətəni Braziliyada davam etdirə bilər.
Fanat.Az "Goal.com"a istinadən xəbər verir ki, onun xidmətində "Flamenqo" maraqlıdır.
28 yaşlı forvard Braziliya millisinin heyətində DÇ-2026-ya yollanmaq üçün iş yerini dəyişmək niyyətindədir və bu varianta isti yanaşır.
"Flamenqo" Pedronun tez-tez zədələnməsi, sabiq "Qarabağ"lı Juninyonun ümidləri doğrultmaması səbəbindən yeni hücumçuya ehtiyac duyur.
Qeyd edək ki, Rişarlisonun "Tottenhem"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. "Sambaçı" London təmsilçisinin forması ilə 104 matçda 23 qol vurub.
Nihat