RU

“Vətəni müdafiə etmək rusların genlərindədir” - Putin

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, vətəni müdafiə etmək bacarığı ruslarda genetik olaraq yerləşib.

Redaktor.az bu barədə xarici mediya istinadla xəbər verir.

Putin oktyabrın 29-da Moskva şəhərində P.V. Mandryka adına Mərkəzi Hərbi Klinik Xəstəxanasına səfəri zamanı bildirib ki, müalicə alan hərbi qulluqçuların hamısı qəhrəmanlıq göstərirlər. Prezidentin sözlərinə görə, hərbi qəhrəmanlıq və vətəni qoruma istəyi rusların genlərində mövcuddur.

Putin həmçinin qeyd edib ki, xəstəxanada müalicə alan əsgərlərdən biri Böyük Vətən Müharibəsi zamanı nənəsinin qəhrəmanlığından danışıb və öz ailəsinin döyüş tarixçəsini öyrənib. Prezident bildirib: “Bu, bizim genlərimizdədir. Mən də yaxınlarda dayımın Primoryedə döyüşdüyünü oxudum və gördüm ki, nənəm atama frontdan məktub yazıb”.

Nuriyyə NATİQQIZI

Избранный
50
redaktor.az

1Источники