RU

Tovuzda “Azərbaycan Ordusunun Zəfər yolu” adlı rəsm sərgisi açılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tovuz, 29 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Tovuzda “8 Noyabr - Zəfər Günü”nə həsr olunan “Azərbaycan Ordusunun Zəfər yolu” adlı rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə məktəblilər tərəfindən Vətən müharibəsi və qəhrəman Azərbaycan Ordusunun Zəfər yolu mövzusunda çəkilmiş rəsmlər nümayiş olunub. Könüllülər və məktəblilər tərəfindən hazırlanan vətənpərvərlik ruhunu əks etdirən əl işləri – “Şuşa qalası”, “Dəmir yumruq”, “Xarı bülbül” və digər kompozisiyalar iştirakçıların marağına səbəb olub.

Tədbir çərçivəsində məktəblilər vətənpərvərlik mövzusunda mahnılar və şeirlər səsləndiriblər. Tovuz Uşaq-Gənclər Şahmat Məktəbinin üzvləri tərəfindən şahmat oyunları nümayiş olunub, gənc idmançılar isə güləş üzrə nümunəvi çıxışlar təqdim ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
azertag.az

1Источники