RU

2023-cü ilin oktyabrından Qəzzada nə qədər jurnalist ölüb?

“2023-cü ilin oktyabr ayından İsrail ordusunun hərbi əməliyyatları və atəşi nəticəsində Qəzza zolağında azı 256 media işçisi həlak olub”.

Busaat.az xəbər verir ki, Qəzza hökumətinin mətbuat xidmətinin bu məlumatı özünün Teleqram kanalında dərc edib.

Mətbuat xidmətinin məlumatına görə, Fələstin qəzetlərindən birində işləyən Məhəmməd əl-Muniravi daha əvvəl İsrailin endirdiyi zərbə nəticəsində həlak olub.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, əl-Muniravi həyat yoldaşı ilə birlikdə Nuseyrat qaçqın düşərgəsində dünyasını dəyişib.

Yeganə

 

Избранный
43
1
busaat.az

2Источники