RU

BƏƏ üç il ərzində Afrikaya 110 milyard dollardan çox investisiya yatırıb

Qahirə, 29 oktyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 3 il ərzində (2019-2023) Afrikaya 110 milyard dollardan çox investisiya yatırıb. Bunun 70 milyard dollardan çoxu yaşıl və bərpaolunan enerji sahələrinə yönəldilib.

AZƏRTAC xəbər verir ki, bunu BƏƏ-nin iqtisadiyyat və turizm naziri Abdullah bin Touq əl-Mərri “BƏƏ və Afrika İnvestisiya Forumu” çərçivəsində mətbuata müsahibəsində deyib.

Nazir əlavə edib ki, ölkəsi Afrikada investisiya həcminə görə ABŞ, Çin və Avropa İttifaqından sonra dördüncü yerdə gəlir.

Qeyd olunmalıdır ki, dünən Dubayda keçirilən “BƏƏ və Afrika İnvestisiya Forumu”nda Afrika ölkələrindən 20-dən çox nazir, iş adamı, böyük şirkətlərin rəhbərləri iştirak ediblər. Tədbirdə BƏƏ tərəfdən ümumi dəyəri 6 milyard dolları ötən 100-dən çox investisiya layihəsi təqdim olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
23
2
azertag.az

3Источники