Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün ölümü ilə bağlı istintaq davam edir.
Axşam.az xəbər verir ki, mərhum ifaçının həmkarı Ferdi Aydının "Güllünü öz qızı Tuğyan Ülkem Gülter öldürüb" sözlərindən sonra qızı yenidən dindirilmək üçün bölməyə aparılıb.
Belə ki, Ferdi iddiaları ilə bağlı vatsap yazışmalarını da prokurorluğa təhvil verib.
Qızı ifadəsində "Mesajlar mənə aiddir, amma bunları ara-sıra anamla dava edərkən yazırdım. Anamı mən öldürmədim" deyə, bildirib.
Qeyd edək ki, daha əvvəl Güllünün ölümündə təqsirli olduğu iddia edilən oğlu açıqlama yayaraq anasının intihar etməsi və ya bu işdə əli olmasını təkzib etmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.