RU

İsmayıllıda FACİƏ: 1 yaşlı uşaq su quyusuna düşərək həyatını itirdi

İsmayıllıda 1 yaşlı uşaq su quyusuna düşərək vəfat edib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Diyallı kəndində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü Məmmədova Səma Sənan qızı həyətyanı sahədə su quyusuna düşərək dünyasını dəyişib.
 

Azyaşlının meyiti aidiyyəti üzrə təhvil verilib.


Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

Избранный
21
4
bizim.media

10Источники