RU

QHT “Uşaqları hər növ istismardan qoruyaq” mövzusunda maarifləndirici görüş keçirib - FOTOLAR

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvləri — “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi — 28 oktyabr 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə Qobustan rayonundakı Əlilliyi olan şəxslər üçün Sosial Reabilitasiya Mərkəzində görüş keçiriblər.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Ailə Dünyası Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirib. Onun sözlərinə görə, tədbir “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqları hər növ istismardan qoruyaq” mövzusunda təşkil olunub.

Koalisiyanın sədri Mehriban Zeynalova tədbir zamanı uşaqların hüquq və azadlıqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, həmçinin uşaq istismarı, onun fəsadları və sosial şəbəkələr vasitəsilə uşaqların aldadılaraq istismara məruz qalma riski barədə məlumat verib.

Избранный
25
qht.az

1Источники