Misli Premyer Liqasının 10-cu turunda Şamaxıda "Karvan Yevlax"ın qonağı olacaq "Zirə"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Cəzalı oyunçu yoxdur. Uzun müddətə sıradan çıxan və adı çempionatın iştirak ərizəsinə salınmayan Abdul Aziz Batibiyenin olmayacağı öncədən bəllidirsə, İssa Cibrila və Davit Volkov zədə səbəbindən "Sumqayıt"a qarşı oynamayacaqlar".
Qeyd edək ki, "Karvan-Yevlax" - "Zirə" matçı noyabrın 1-də keçiriləcək. Qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat