Bakıda parkda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Publika.az "Unikal"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə işini davam etdirib.
Natiq Məhərrəmovun anası ifadəsində bildirib: "Gəlin böyük-kiçik yeri bilmirdi. Deyirdim yaş azdı gələcəkdə düzələcək. Oğlumla gəlnim arasında münaqişələr olurdu. Oğlumun Elnur adında uşaqlıq dostu var idi .Çox yaxın idilər, evə gəlib gedirdi. Eşitdiyimə görə, Oğlum olmayanda gəlin qapını açıb Elnuru evə buraxıb. Demirəm ki Elnurla gəlin arasında münasibət var idi, sadecə şüpələrimi deyirəm. Oğlum ona deyirdi zibil atmağa çıxma amma o söz eşitmirdi. Bir şübhəli məqamda var idi ki, Sevinc uşaqları səhər məktəbə aparıb günorta gətirirdi. Evə gələndə ayaqyoluna girirdi. Birgün soruşdum orda nə edirsən dedi paltar dəyişməyə yerim yoxdu orada dəyişirəm. Davalara səbəb şübhələr olub. Birgün anasını çağırdım dedimki qızın böyük kiçik yeri bilmir, yalan danışır, qızınla danış. Hadisə parkda baş verib, gəzməyə gedirdilər o parka. Hadisənin baş verdiyini digər oğlumdan öyrənmişəm. Bu olanları dəstəkləmirik. Nəvəm Əzizdə əqli gerilik var idi, hər gördüyünü danışırdı. Birgün demişdiki saqqallı kişi bizə gəldi, mənə konfet verdi, evə keçib mamanı qucaqladı. Hicab taxmağa gələndə isə oğlum gəlini buna məcbur etməyib”.
İş materiallarında təqsirləndirilənin psixi problemlərinin olduğu qeyd edilsədə anası oğlunda bu kimi halla qarşılaşmadığını deyib.
İfadə verən digər 17 yaşlı şahid isə hadisə baş verən zaman Qaraçuxur qəsəbəsindəki parkda olduğunu deyib: