RU

Türkiyənin “Cümhuriyyət Yürüşü”ndə Azərbaycan Bayrağı dalğalanır  

Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə İstanbulun ən məşhur küçələrindən olan Vətən prospektində “Cümhuriyyət Yürüşü” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, İstanbul valisi Davud Gülün də iştirak etdiyi yürüşdə Türk Dünyası Araşdırmaları Vəqfi geniş heyətlə təmsil olunub. Yürüş iştirakçıları milli geyimləri və ölkələrinin bayraqları ilə türk ölkələri arasındakı birliyi bir daha nümayiş etdiriblər.

Tədbirdə Azərbaycanı İstanbul Universitetinin doktorantı, “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan Rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömər təmsil edib.

Bu barədə AZƏRTAC-a danışan Səidə Ömər hər il Türkiyədə Cümhuriyyət Bayramının böyük coşqu ilə qeyd olunduğunu və bu günün iki qardaş ölkə arasındakı birliyi bir daha nümayiş etdirdiyini bildirib. O deyib: “Artıq iki ildir bu yürüşdə iştirak edirəm. Cümhuriyyətin 100-cü ildönümündən bəri hər il bu tədbirdə fəxrlə yer alıram. Mustafa Kamal Atatürkün dediyi kimi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Eləcə də Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Türkiyədəki qardaşlarımızla birgə bu şanlı tarixə şahidlik etmək, əlbəttə ki, çox qürurvericidir”.

Tədbir iştirakçıları Türk dünyasının, o cümlədən Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq, ölkələrimiz arasındakı sarsılmaz dostluğun və qardaşlığın rəmzi olan bu günü böyük coşqu ilə qeyd ediblər.

Избранный
24
azerbaijan-news.az

1Источники