Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda "Qarabağ"ın qonağı olacaq "Çelsi"nin Bakıya nə vaxt gələcəyi dəqiqləşib.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, İngiltərə nəhəngi noyabrın 4-ü axşam saatlarında Azərbaycanda olacaq. London təmsilçisi "Hilton" hotelində məskunlaşacaq.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 21:45-də səsləndiriləcək.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        