RU

İçərisində insan hissələri olan 48 çanta tapıldı

Meksikada çantalarda bədən hissələrinin olduğu böyük kütləvi məzarlıq aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Xalisko Ştat Prokurorluğu Qvadalaxara səhrası yaxınlığında 48 çanta insan qalıqlarının tapıldığını təsdiqləyib. Xüsusi axtarış qrupu bir ay əvvəl boş ərazidə dəfn yeri aşkar edib. Ekspertlər hazırda orada basdırılan cəsədlərin ümumi sayını müəyyən edə bilmirlər.

"Bu qalıqların neçə qurbana aid olduğunu müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza ciddi işləməlidir", - deyə itkin düşənlər üzrə prokurorun müavini Blanca Trujillo bildirib.

O qeyd edib ki, dəfn sahəsi böyük olduğuna görə axtarış qrupu bütün qalıqları çıxarmaq üçün ağır texnikadan istifadə edilməli olub. Tapılan meyit parçaları laboratoriyaya göndərilib.

Избранный
25
publika.az

1Источники