RU

Gəldiyi sürətlə sola dönən sürücü qəza törətdi; ana ilə uşaq ölümdən son anda xilas oldu VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Diyarbəkir şəhərində dəhşətli qəza baş verib. 

Avtosfer.az xəbər verir ki, hadisə axşam saatlarında Bismil rayonunun Kooperatiflər məhəlləsində qeydə alınıb. Avtomobili qarşı tərəfdən sola dönən mikroavtobusla toqquşub.

Xırdavat və tikinti malları satan mağazanın təhlükəsizlik kameralarına düşən görüntülərdə qəzanın nə qədər təhlükəli vəziyyət yaratdığı açıq şəkildə görünür. Kadrda uşaq arabası ilə səki ilə hərəkət edən bir piyadanın yoldan çıxan avtomobilin qarşısına düşmək üzrə olduğu, lakin son anda mikroavtobusun altına girməkdən möcüzəvi şəkildə xilas olduğu əks olunub.

Hadisə yerinə dərhal təcili tibbi yardım və jandarma qrupları cəlb edilib. Qəza nəticəsində mikroavtobusun sürücüsü və içərisində olan iki sərnişin xəsarət alıb. Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb. Hazırda hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
avtosfer.az

1Источники