RU

Astarada hamilə gəlinin ölüm səbəbi açıqlandı - YENİLƏNİB

Dünən saat 22:00 radələrində 2008-ci il təvəllüdlü qadın Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.

"Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib", - məlumatda qeyd olunub.

***

12:32

Astarada toy günü vəfat edən gəlinlə bağlı yeni təfərrüatlar məlum olub.

Teleqraf-ın Cənub bürosunun verdiyi xəbərə görə, rayonun Dolu kənd sakini, 17 yaşlı Əfsanə İmanova iki ilə yaxın nişanlı olub.

Onun hamilə olduğu bilindikdən sonra ailə üzvləri toyun tezləşdirilməsi qərarına gəliblər.

Toy günü Əfsanənin halı qəfil pisləşib və o, təcili xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun bətnindəki döl ölü doğulub. Qısa müddət sonra gənc ana da dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

***

10:38

Astarada gəlin toy günündə ölüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, 2008-ci il təvəllüdlü Astara rayon sakini Ə.İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toy məclisi keçirilib.

Toydan sonra gənc gəlin özünü pis hiss edib və təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hələ 18 yaşı tamam olmayan Ə.İmanovanın hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Избранный
27
37
sherg.az

10Источники