RU

İranlı deputat: Hicaba ciddi yanaşmağa başlamışıq

BAKI, 29 oktyabr. TELEQRAF

“Bu sahədə bəzi mövcud çətinliklər sistemin son 48 ildə xalqla dialoqda geri qalmasından qaynaqlanır, bu, media və mədəni institutlarla əməkdaşlıqla kompensasiya edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Mədəniyyət Komitəsinin üzvü Hüseynəli Əmiri ölkədə qadınlara məcburi hicabın tətbiqi barədə danışarkən bildirib.

“İctimaiyyət üçün geyim qaydalarının müəyyən minimum standartları var və bu, bütün ölkələrdə, hətta Avropada da mövcuddur. Hökumət bu standartlara birmənalı nəzarət edir və diqqət yetirir. Son dövrlərdə də bu məsələyə ciddi yanaşılır”, - deputat bildirib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozmaqda ittiham edilərək polis tərəfindən öldürülməsindən sonra İranda hicab əleyhinə etiraz aksiyaları başlayıb və iki ilə yaxın davam edib. Bundan sonra məcburi hicabın ləğvi gündəmə gəlib, paytaxt Tehran və bir sıra digər iri şəhərlərdə hicabsızlaşma prosesi başlasa da, dini rejim hələ də tətbiq etmədiyi “Hicab və iffət” adlı qanun qəbul edib. Cəhd ölkədə etirazları bir qədər də sərtləşdirib. Bu günlərdə Tehran və bəzi şəhərlərdə hicabsız dolaşan qadınların görüntüləri gündəmdədir.

Избранный
34
teleqraf.com

1Источники