RU

Peskov Bakıda həbsdə olan ruslardan DANIŞDI

"Rusiya və Azərbaycan müxtəlif səviyyələrdə səylə işləyirlər və iki ölkə arasında dialoq davam edir".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistinlərin "Bakıda saxlanılan rusların azad edilməsi" ilə bağlı sualı cavablandırarkən deyib. 

"Hazırda ciddi iş gedir. Biz dialoqumuzu davam etdiririk", - o, qeyd edib. 

İyulun 1-də Azərbaycan KİV-i Bakıda İrandan narkotiklərin tranziti və kibercinayətlərlə əlaqəsi olan səkkiz Rusiya vətəndaşının həbsi barədə məlumat yayıb. Onlar dörd aydır ki, həbs olunublar.

Qeyd edək ki, Bakıda rus vətəndaşları Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Gülayə Mecid 
 

Избранный
49
2
unikal.az

3Источники