"Dinamo"nun (Moskva) formasını geyinən, əslən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın U-21 yığmasına dəvət alıb. "Bakuinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçunun adı 38 oyunçudan ibarət geniş heyətinə daxil edilib. Rusiya millisi noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 komandası ilə üz-üzə gələcək. Qeyd edək ki, AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıqlar aparırdı. (QOL.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта