"Sabah" basketbol klubu bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Fransada "Elan Şalon" komandası ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və İctimai TV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, B qrupunda mübarizə aparan "Sabah" ilk 2 oyununda məğlub olub.