Fanat saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda baş tutacaq "Qarabağ" - "Çelsi" matçına bilet satışı davam edir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "zadəganlar"ın təmsilçimizə qarşı səfər oyununa ingilis azarkeşlərin də marağı böyükdür.
Belə ki, qonaq komandanın tərəfdalarına 3 sektor ayrılıb. "Göylər"i Tofiq Bəhramov adına Respublika stadionunda təxminən 1500 tərəfdarın dəsətəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" görüşü noyabrın 5-də reallaşacaq. Oyunun start fiti 21:45-də səsləndiriləcək.
Nihat
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.