RU

Sığınacaqda qalan 16 yaşlı qadın körpəsindən İMTİNA ETDİ VİDEO

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bakıdakı  qadın və uşaq sığınacağında qalan ana yeni doğulmuş körpəsindən imtina edib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə sığınacaqdan məlumat verilib: 

“İstəyirdik ki, bu körpə anasının qucağında, onun sevgisi ilə böyüsün. Ancaq bütün səylərimizə baxmayaraq, ana körpəyə baxmaq istəmədiyini bildirdi. Onu qınaya bilmirik, onun hələ cəmi 16 yaşı var...

Bu körpəni sahibsiz qoyan atasına isə yalnız bir arzumuz var. Ümid edirik ki, bir gün vicdanı oyanar və ən azından bu körpəyə sahib çıxar”.

Qeyd olunub ki, körpə artıq körpələr evinə yola salınacaq

“Əgər ana qalmaq istəsəydi, biz həm onu, həm də balasını sevgi ilə sığınacağımızda qoruyardıq. Təəssüf ki, bu dəfə alınmadı...

Bəzən həyatın qərarları bizdən əvvəl verilir. Amma biz inanırıq ki, bu körpə yenə də sevgiyə, qayğıya və xoş gələcəyə qovuşacaq”.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
27
cebheinfo.az

1Источники