Suraxanı rayonunda 49 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də qeydə alınıb.
1976-cı il təvəllüdlü Nəsimi Tarverdiyev yaşadığı Binə qəsəbəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Araşdırma aparılır.
 
                        