RU

Bu gün Hacıqabulun bəzi ərazilərində qaz olmayacaq

BAKI, 29 oktyabr. TELEQRAF

Bu gün Hacıqabul rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Teleqraf xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Muğan” QPS-dən qidalanan “Muğan Kənd” ölçü qovşağından təbii qazla təmin edilən “Əhali” kollektorunun girişində quraşdırılmış qaz tənzimləyicinin baypas xəttində yeni tənzimləyicinin və siyirtmələrin quraşdırılması məqsədilə əlaqədar bu gün işlər başa çatanadək Hacıqabul rayonunun Muğan qəsəbəsi, Muğan, Qubalı, Paşalı 1, Paşalı 2, Cəngən, Tağlı, Tava kəndlərində ümumi 2353 abonentin qaz təchizatı dayandırılacaq.

Избранный
7
teleqraf.com

1Источники