RU

Tramp Ukrayna böhranının həll edilə biləcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp Ukrayna böhranının həll edilə biləcəyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Cənubi Koreyada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitindəki çıxışı zamanı məlumat verib.

Amerika lideri ümumilikdə səkkiz münaqişəni həll edə bildiyini iddia edib.

“Yalnız Rusiya ilə Ukrayna arasında nəticə verməyən münaqişə həllini tapmayıb. Amma bu da həll olunacaq. Mən bunun sadəcə Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərimə görə həll olacağını düşünürdüm, amma bir az fərqli oldu. Amma düşünürəm ki, həll olunacaq", - deyə siyasətçi bildirib.

Tramp qeyd edib ki, kim düşünərdi ki, Yaxın Şərqdə sülhə nail ola bilmərik? Orada sülh mümkün oldu.

Daşqın HəsənovMissiya.Az

Избранный
12
1
missiya.az

2Источники