Son günlərdə gündəmi zəbt edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət yığmasına dəvət alıb.
Offsideplus.az xəbər verir ki, Moskva "Dinamo"sunun üzvü 38 nəfərlik geniş heyətə daxil edilib.
Rusiya milli komandası noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 kollektivi ilə üz-üzə gələcək.