Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.
Bakıda qol güləşi üzrə Dünya çempionatının açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının (ABFF) rəsmiləri, Beynəlxalq Qol Güləşi Federasiyasının (IFA) prezidenti Anders Aksklo, dünya çempionatında mübarizə aparacaq ölkələrin təmsilçiləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Mərasimdən öncə Anders Aksklo və Fərid Qayıbova ABFF-nin qol güləşi üzrə vitse-prezidenti Azər Məhərrəmov tərəfindən simvolik kəmər təqdim olunub.
İAF-ın prezidenti fikirlərini bildirdikdən sonra F.Qayıbov çıxış edib. Nazir iştirakçılara uğurlar arzulayıb və dünya çempionatını açıq elan edib.
Qeyd edək ki, 30 ölkədən 400-dən çox idmançının qatıldığı turnir oktyabrın 31-də başa çatacaq.
Qabil YUSİFOĞLUXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.