BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycan dövlətiçliyinin tarixi ağır sınaqlar və parlaq qələbələrlə zəngindir.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında spiker Sahibə Qafarova deyib.
O qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş dövlət Konstitusiyası həm də hüquqi dövlət anlayışının prinsiplərini özündə ehtiva edir: “Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 22 il Azərbaycanın inkişafı və ölkəmizin hüquqi, mənəvi əsasları təmin edilib. 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilib. Bununla da ölkə ərazisi üzərində konstitusiya quruluşu bərqərar olunub”.