RU

ABŞ Ukraynaya 2 milyard dollarlıq silah verəcək - AÇIQLAMA


ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Bloomberg TV"yə müsahibədə Ukrayna barəsində danışıb. Amerikalı diplomat bəyan edib ki, Ukrayna yaxın aylarda yeni hərbi yardım öhdəliklərinin bir hissəsi olaraq təxminən 2 milyard dollarlıq silah alacaq. Onun sözlərinə görə, Birləşmiş Ştatlar yardım öhdəliklərinin artırıldığı sistem yaradıb. "Ola bilsin, yaxın bir neçə ayda göndəriləcək 2 milyard dollar və ya daha çox pulumuz var. Bunun tezliklə baş verəcəyini gözləyirik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və çox güman ki, buna yekun vuracaq", - Uiteker bildirib.

Mətləb Salahov

Избранный
24
baki-xeber.com

1Источники