RU

Tramp: “Cənubi Koreyaya Kanada ilə görüşmək üçün getməmişəm"- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp APEC sammiti çərçivəsində Kanadanın baş naziri Mark Karni ilə görüşmək niyyətində olmadığını açıqlayıb. Bu bəyanat iki ölkə arasında son günlərdə artan gərginlik fonunda verilib.Olaylar.az xəbər verir ki, Tramp Truth Social platformasında yazıb: "Soruşanlar üçün deyim: Mən Cənubi Koreyaya Kanada ilə görüşmək üçün getməmişəm."
Gərginlik Kanadanın ABŞ-da Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumlarını tənqid edən reklam kampaniyasına görə yaranıb. Oktyabrın 23-də Tramp Vaşinqtonun Ottava ilə ticarət danışıqlarını dayandırdığını bildirib. Məlumata görə, Kanadanın əsas sənaye mərkəzlərindən biri olan Ontario vilayəti ABŞ telekanallarında Trampın tarif siyasətinə qarşı reklamlar yayımlamağa başlayıb. Həmin reklamlarda Ronald Reyqanın çıxışlarından fraqmentlər də yer alıb. Bunun fonunda Tramp Kanada mallarına tətbiq edilən mövcud rüsumları əlavə 10% artırmaq qərarına gəlib və bunu "faktların ciddi şəkildə təhrif edilməsi və düşmənçilik" kimi qiymətləndirib. Mark Karni daha əvvəl Cənubi Koreyada keçirilən APEC sammitində Çin Dövlət Başçısı Si Cinpinlə görüşəcəyini açıqlamışdı. Oktyabrın 30-da isə Pusanda Si Cinpin və Donald Tramp arasında görüşün baş tutacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники