RU

"Napoli"nin ulduzu "Qarabağ"a qarşı oynamayacaq - Uzun müddətə sıradan çıxdı

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan "Napoli"nin ulduz yarımmüdafiəçisi Kevin De Bröyne zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

Fanat.Az xəbər verir ki, şənbə günü, oktyabrın 25-də A Seriyasının 8-ci turunun “İnter”ə qarşı oyununda (3:1) penaltini dəqiq yerinə yetirən, lakin 11 metrlik zərbəni vurarkən zədələnən belçikalı yarımmüdafiəçi tibbi müayinədən keçib və 34 yaşlı oyunmunun sağ ayağının ikibaşlı bud əzələsinin zədələndiyi məlum olub. Belçikalı yarımmüdafiəçi bu gün, oktyabrın 29-da əməliyyat olunacaq.

Bu barədə neapolluların direktoru Qabriele Oriali məlumat yayıb.

Əməliyatdan sonra onu uzun müddət bərpa dövrü gözləyir.

"Təəssüf ki, Kevini təxminən 3-4 aylıq itirdik. Üzgünük, o, bizim sxemimizə çox yaxşı uyğunlaşdı və təcrübə də daxil olmaqla, bir çox üstünlüklər verdi".

De Bröyne bu ilin yayında "Mançester Siti"dən "Napoli"yə azad agent kimi keçib. O, İtaliya çempionunun heyətində bütün yarışlarda 11 oyuna çıxaraq 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Qarabağ" ilə "Napoli" arasındakı oyun noyabrın 26-da Neapolda baş tutacaq.

Mirağa

Избранный
3
13
fanat.az

10Источники