Şəki şəhərində keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İpək Yolu üzrə mütəxəssislərinin 1-ci iclasının təşkil edilməsi xidmətlərinə 71 709 AZN xərclənib.
Pravda.az-ın xəbərinə görə, sifariş edən Dövlət Turizm Agentliyidir.
Xidmət isə “El Art Travel” MMC tərəfindən təşkil ediləcək. Buraya tədbirdə iştirak edəcək qonaqların Şəkiyə və geri transferi üçün neoplan tipli avtobusların icarəsi və s. daxildir.
Cabir
Tarix: 29 Oktyabr 2025, 09:07