Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə (sizi başlı-başına buraxıb), Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” Quran, 43:5.
Xəbər verildiyi kimi, bu gün (27 oktyabr) Türkiyədə baş verən güclü zəlzələ dağıntılara və insanların yaralanmasına səbəb oldu. Həmçinin, hündürmərtəbəli binanı ildırım vurdu. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir və yolun azmış (yaradılış qanunlarına tabe olmayan) insanlığa Allahdan gələcək güclü bəlanın xəbərdarlığıdır. Bunu sübut edən hesablamalara birgə nəzər salaq:
1) Keçən ilin sentyabrın 23-də Şəmkir rayonunda üç nəfəri eyni yerdə (nərdivan qaldırarkən) elektrik cərəyənı vuraraq öldürdü. Həmin gün yazdığım məqalədə hadisənin Allahdan xalqımıza növbəti xəbərdarlıq olduğunu sübut edən riyazi hesablamaları təqdim etdim (təəssüf ki, qulaqardına vuruldu). Bu gün İstanbulda hündürmərtəbəli binanı ildırım vuranda Şəmkirdəki faciənin 400-cü günü idi ki, bundan da orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd müqəddəs kitabın rəmzini göstərir və hadisələrin Allah tərəfindən göndəriləcək böyük bəlanın xəbərdarlığı olması barədə söylədiyimiz fikri təsdiq edir:
400 – 286 = 114
2) Xatırladım ki, Gəncə, Tovuz və Zaqatala rayonlarında eyni gündə (31.05.24) bir neçə insanı ildırım vuraraq öldürdü. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün həmin hadisənin 514-cü günüdür ki, bundan da Quran rəmzlərini çıxsaq, yenə də Quran rəmzi alınır və hadisələrin Allahdan gələn bəlanın xəbərdarlığı olduğunu bir daha təsdiq edir:
514 – 114 – 286 = 114
3) Bu gün Türkiyədə baş verən dəhşətli ildırım (və zəlzələ) hadisəsi Gəncəbasar bölgəsində baş verən və insanları saatlarla qorxuda saxlayan analoji hadisə ilə də riyazi şəkildə əlaqələnir. Belə ki, 24 avqust 2021-ci il tarixdə Gəncəbasar bölgəsini bir saat ərzində tamamilə ildırım sarmış, şəhərin elektrik təsərrüfatını sıradan çıxarmışdı (insanları həyəcana salan bu hadisənin xəbərdarlıq olmması barədə hesablamaları həmin vaxt paylaşmışdım). Bu hadisə ilə Türkiyədə bu gün baş verən analoji hadisə arasında 1355 gün fərq vardır ki, bundan da Quran rəmzlərini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və tövbə etməyənlərin cəzalanacağını xəbər verir:
1355 – (114+286) – (114+286) = 555
4) Bu gün Günəş tutulmasının 212-ci günüdür ki, bu da hadisə baş verən rayonun (İstanbulun) Beynəlxalq rabitə kodudur.
Və s
NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, bu gün Türkiydə baş verən şiddətli zəlzələ və ildırım hadisəsi təsadüfü olmayıb, Aallahdan gələcək böyük bəlanın xəbərdarlığıdır. Kimlər ki, bu xəbərdarlığa inanaraq tövbə edib, günahlardan çəkinəcəklər, o insanlara heç bir bəla toxunmayacaq.
Kimlər ki, Nuh qövmü kimi, Lut qövmü kimi... xəbərdarlıqları qulaqardına vuracaqlar, tezliklə onların da aqibəti həmin qövmlərin aqibəti kimi olacaq...
Onu da qeyd edim ki, böyük (sonuncu) bəla gələn gün (insanlar onu gözləri ilə görəndə) tövbələr qəbul edilmiyəcək (artıq tövbə qapısı bağlanmış olacaq). Odur ki, ağıl sahibləri elə indidən tövbə edib doru yola dönsünlər; Allahın mərhəmətindən ümidsiz olmayın, günahlarınız bağışlanar İnşallah.
Hamınızın bəlalardan xilas olması arzusuyla:
Paşa Yaqub,
Həkim, elmi-lədun bilicisi, 39 kitab müəllifi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.