RU

Rio-de-Janeyroda narkobandalar polislə dronlarla mübarizə aparır

BAKI, 29 oktyabr. TELEQRAF

Rio-de-Janeyroda narkokartellər polisə qarşı bomba atabilən dronlardan istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə "G1 Globo" portalı məlumat yayımlayıb.

Məlumata görə, Alemann və Penya favellərində yerləşən banditlər dronlar vasitəsilə elit polis dəstəsinin üzvlərinə bomba atıblar. Ştat qubernatoru Klaudio Kastro hadisələri “narkoterroizm” adlandıraraq bildirib ki, hakimiyyət zəruri bütün tədbirləri həyata keçirəcək.

28 oktyabr tarixində 2,5 mindən çox hüquq-mühafizə əməkdaşı “Qırmızı Komanda” adlı braziliyalı qrupun üzvlərinin saxlanılması üçün əməliyyat keçirib. Səlahiyyətlilər 100 həbs əmri ilə kriminogen ərazilərə daxil olublar, lakin şiddətli müqavimətlə qarşılaşıblar.

Избранный
96
teleqraf.com

1Источники