RU

ABŞ-ın Quantanamo bazasındakı hava limanı “Melissa” qasırğasına görə bağlanıb

Kuba ərazisində yerləşən ABŞ hərbi bazasının Quantanamonun hava limanı “Melissa” qasırğası səbəbindən 2 noyabradək uçuşların qəbul və göndərişinə bağlanıb.

APA xəbər verir ki, bu barədə məlumatı TASS agentliyinə aviadispetçer dairələrindəki mənbə verib.

“Məlumata görə, hava limanı qasırğa səbəbindən bağlanıb, qapalı ərazidə dispetçerlərin nəzarətində olmayan bütün uçuşlar istənilən tip hava vasitələri üçün qadağandır”, – mənbə bildirib.

Onun sözlərinə görə, uçuşlara qadağa 2 noyabrın sonuna qədər qüvvədə olacaq.

Избранный
71
2
apa.az

3Источники