RU

Moldova hökuməti 2028-ci ilədək Aİ-yə üzvlük danışıqlarını başa çatdırmaq istəyir

BAKI, 29 oktyabr. TELEQRAF

Moldovada baş nazir vəzifəsinə namizəd Aleksandr Muntyanu hökumət proqramını təqdim edib.

Teleqraf xəbər verir ki, “Aİ, Sülh, İnkişaf” adlanan proqramın əsas məqsədi Avropa İttifaqına üzvlük danışıqlarını 2028-ci ilə qədər yekunlaşdırmaq, həmçinin ölkənin energetika və infrastruktur sektorlarını modernləşdirməkdir.

Sənəddə qeyd olunur ki, hökumət qanunvericiliyi Aİ standartlarına uyğunlaşdırmaq, iqtisadiyyatı 1,9 milyard avro artırmaq, 25 minə yaxın müəssisəyə dəstək vermək və ixracın ÜDM-dəki payını 50 faizə çatdırmaq niyyətindədir.

Energetika sahəsində məqsəd enerji mənbələrinin şaxələndirilməsi, yeni güc mərkəzlərinin işə salınması və bərpa olunan enerjinin payının 30 faizə qədər artırılmasıdır. Hökumət, həmçinin 3 min kilometr yolun təmiri, Kişinyov ətrafında dairəvi yolun 2030-cu ilədək inşası və Rumıniya ilə ölkəni birləşdirəcək dörd yeni körpünün tikintisini planlaşdırır.

Dəmir yolu sahəsində Rumıniyadan Kişinyova qədər Avropa standartlı xəttin istifadəyə verilməsi və onun elektrikləşdirilməsi nəzərdə tutulur.

Muntyanu hökuməti həmçinin Dnestryanı bölgə sakinlərinə sosial, humanitar, təhsil və enerji xidmətlərinə bərabər çıxışın təmin olunacağını vəd edir.

Избранный
48
teleqraf.com

1Источники