RU

Britaniya Ukraynaya qoşun yeridir

Böyük Britaniya öz hərbi qüvvələrini Ukraynaya göndərməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

“Böyük Britaniyanın növbəti genişmiqyaslı hərbi yerləşdirilməsi Ukraynada həyata keçirilə bilər,” - deyə agentliyin xəbərində bildirilir.

Qeyd olunub ki, Britaniya əsgərləri cəbhə xəttindən uzaqda ukraynalı hərbçilərə təlim keçəcəklər. Britaniya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri isə hava məkanının və dənizlərin nəzarətində yardım göstərəcək.

Избранный
38
publika.az

1Источники